"Qarabağ" futbolçularının iştirakı ilə azarkeşlər üçün imza mərasimi BAŞ TUTDU

İdman
22:23 / 04.07.2024
4687
"Qarabağ" klubunun futbolçularının iştirakı ilə azarkeşlər üçün imza mərasimi baş tutub.
Sfera.az-ın məlumatına görə, tədbirdə oyunçulardan Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edib.
Klubun fan-şopunda xüsusi aksiya da keçirilib. İmza mərasimi müddəti ərzində forma alan azarkeşlərdən 5 nəfərə imzalı forma hədiyyə edilib. Qaliblər püşkatma yolu ilə seçilib və hər bir forma "Qarabağ" FK oyunçuları tərəfindən imzalanıb.