Dilan Polata 27 il həbs TƏLƏBİ

Dilan Polata 27 il həbs TƏLƏBİ

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunan sosial media fenomeni Dilan Polatın cinayət işi üzrə istintaq tamamlanıb.

 

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Anadolu Baş Prokurorluğunda Dilan Polatın 27 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.

 

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

 

Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Ötən ay isə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb.


OXŞAR XƏBƏRLƏR