Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir PUA vurulub
Siyasət
00:53 / 13.12.2016
1489
Bu gün axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) vurulub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Qeyd edək ki, bu gün Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı məhv edilib.