Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA

Beyin şişləri həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu kəllədaxili yeni törəmələridir. Bu şişlərin bir neçə növü var. Bəzi beyin şişləri xoşxassəli - yavaş böyüyən, aşağı dərəcəli (xoşxassəli), bəzi beyin şişləri isə bədxassəli - reproduktiv, yayılmış, yüksək dərəcəli (bədxassəli) olur.

 

Maraqlıdır, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən birində beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı etdirmək mümkündürmü? İcbari tibbi sığorta bunu qarşılayırmı?

 

Bununla bağlı qurumdan Sfera.az-a verilən açıqlamada qeyd olunub ki, bu, mümkündür.

 

TƏBİB-dən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə edilən son əlavə və dəyişikliklərə əsasən, artıq beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı da ödənişsizdir:

 

“Bu əməliyyatın icrası müraciət etdiyiniz hər hansı dövlət xəstəxanasında mümkün olmadıqda icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş verilir”.

 

Həmçinin qeyd olunub ki, Xidmətlər Zərfində təminata alınmış əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də əlavə olunub.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Müdiri ilə mübahisə etdikdən sonra 30 il ərzində şiddətli depressiyaya düşüb

Çinin Henan əyalətindən olan Vanq adlı 70 yaşlı kişi müdirinin haqsız yerə töhmətinə məruz qaldıqdan sonra illərlə depressiya və yuxusuzluqdan əziyyət çəkib. Bu...

Bu dərmanlar əqli pozğunluğu azaldır - ARAŞDIRMA

Ürək-damar xəstəlikləri üçün dərmanlar demensiya riskini azalda bilər.    Sfera.az xəbər verir ki, bu barədə Alzheimer's & Dementia jurn...

300 qəzəbli meymun qaçaraq polis bölməsinə hücum etdi - FOTO

Tailandda 300 meymun polis idarəsinə hücum edib.    Sfera.az bildirir ki, hadisə noyabrın 16-da Lopburidə baş verib. 300-ə yaxın aqressiv meymun...

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini inkar etdi: “Dezinformasiyadır"

"Politico”nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa...

Karolin Levitt: Tramp sülhü bərpa edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünyada sülhü bərpa etməyə çalışacaq.    Sfera.az xəbər verir ki, bu barədə Trampın seçki kampaniy...

İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var

İsrailin Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındakı bir neçə qəsəbəyə endirdiyi aviazərbələr nəticəsində azı 47 nəfər həlak olub.   Sfera.az xə...