Bu gün Azərbaycanda Polis Günüdür - FOTOREPORTAJ

İyulun 2-si Azərbaycanda Polis Günüdür.
Sfera.az bildirir ki, Azərbaycan Prezidentinin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Məhz 1918-ci ilin bu günündə Azərbaycan Demokratik Respublikasında ilk polis orqanları təsis edilib. Azərbaycan polisi həm 1918-1920-ci illərdə, həm 70 illik sovet dövründə, həm də dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı illərdə ölkəmizdə ictimai asayişin qorunmasında, dövlət maraqlarının, qanunçuluğun təmin edilməsində böyük rol oynayıb və zəngin təcrübə qazanıb. Bu gün polisimiz müstəqil və suverən Azərbaycanın bütün ərazisində dövlətin və vətəndaşların qanuni haqlarının qorunmasında, asayişin təmin edilməsində böyük əzmlə xidmət göstərir.
Əməkdaşımız bu günlə bağlı maraqlı fotoreportaj hazırlayıb. Həmin görüntüləri təqdim edirik:
Fotolar: Anar Bayramlı