Beş yaşlı uşaq diş əməliyyatından sonra vəfat etdi -FOTO

Beş yaşlı uşaq diş əməliyyatından sonra vəfat etdi -FOTO

Bakıda Nərimanov rayon 5 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.


Sfera.az xəbər verir ki, həkim Mehriban Cəfərova 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkillin dişini çəkərkən azyaşlının halı pisləşib, edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək olmayıb.



Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1 iyul 2024-cü il tarixində günorta saatlarında 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasına 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkili hər iki valideyni ilə birgə müraciət edib.



Müvafiq müayinələrdən sonra ona tibbi xidmət göstərilib, uşaqda yuxarı azı dişinin periodontiti diaqnozu ilə dişin əməliyyatı həyata keçirilib.



Azyaşlı dişin ekstraksiyası sonrası anafilaktik şok keçirib. Ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb.


 
Lakin uşağın valideyni təcili tibbi yardım briqadasının gəlməsini gözləmədən uşağı yaxınlıqdakı bir neçə özəl klinikaya aparıb.



Qeyd edək ki, təcili tibbi yardım briqadası protokol üzrə çağırışdan 15 dəqiqə sonra tibb müəssisəsində olub.



Bir neçə özəl tibb müəssisəsi uşağı qəbul etməkdən imtina etdiyi üçün valideynləri onu Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə gətiriblər. Aparılmış reanimasiyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.


Ailənin bildirdiyinə görə, azyaşlıda ürək qüsuru və autizm xəstəliyi olub.  

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...