Salyanda ağır qəza - bir ailənin dörd üzvü XƏSARƏT ALDI

Hadisə
23:20 / 02.07.2024
4058
Salyanda minik avtomobili traktorla toqquşub.
Sfera.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobilin traktorla toqquşması nəticəsində bir ailənin üç üzvü ağır xəsarət alıb.
Yaralılar Salyan xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Baş verən digər hadisə isə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
"KIA" markalı avtomobil idarəetməni itirərək beton dirəyə çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb.
Yaralı Salyan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.