ABŞ-nin birinci xanımı "Vogue" jurnalının yeni sayının üz qabığında - FOTO

Dünya
15:20 / 02.07.2024
2174
ABŞ-nin birinci xanımı Cil Bayden "Vogue" jurnalının yeni sayının üz qabığında yer alıb.
Sfera.az xəbər verir ki, foto nəşrin saytında dərc olunub.
ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı ağ uzun pencəkdə poz verib. Məlum olub ki, geyim dəbdəbəli brend "Ralph Lauren" kolleksiyasının bir hissəsidir. Şəkli kanadalı fotoqraf Norman Jean Roy hazırlayıb.
Xanım Bayden "Vogue" jurnalına verdiyi müsahibədə Trampla debatdan sonra ətrafında alovlanan tənqidlərə baxmayaraq, həyat yoldaşı Co Baydeni dəstəkləyəcəyini bildirib.
İnci