Bu gün beynəlxalq idman jurnalistləri günüdür

Bu gün beynəlxalq idman jurnalistləri günüdür

Bu gün idman jurnalistlərinin peşə bayramıdır. 


Sfera.az xəbər verir ki, 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. 


Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 96 yaşı tamam olur. 
Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür. Ölkəmizdə idman mətbuatını birləşdirən təşkilat – Azərbaycan İdman Jurnalistləri Assosiasiyasıdır (AİJA).
Qurum 1995-ci ildə yaradılıb. Eldar İsmayılovun prezidenti olduğu AİJA bir il sonra AİPS-in müvəqqəti, 1997-ci ildən tamhüquqlu üzvüdür.


Asya


OXŞAR XƏBƏRLƏR