ABŞ-nin altıncı nəsil təyyarəsinin qiyməti QİYMƏTİ - “F-35”dən üç dəfə bahadır

ABŞ Hərbi Hava Qüvvələri altıncı nəsil qırıcı təyyarə layihəsinə baha olduğuna görə (Next Generation Air Dominance - NGAD) yenidən baxa bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı “The War Zone” ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendellə istinadən yayıb.
Kendell “F-35”lə yeni model təyyarənin qiymətini müqayisə edib. Açıqlamaya görə, “F-35”in qiyməti müntəzəm olaraq dəyişir. Keçən il bu təyyarənin qiyməti təxminən 82,5 milyon dollar qiymətləndirilirdi. NGAD-ın ehtimal olunan dəyəri isə təxminən 247,5 milyon dollar olacaq.
“Boeing” və “Lockheed Martin” NGAD layihəsini icra etmək üçün rəqabət aparır. Amma layihənin baha olması səbəbindən şirkətlər tərəddüd edirlər. Yüksək qiymətlərə görə müdafiə sənayesi üzrə ixtisaslaşan “Northrop Grumman” könüllü olaraq geri çəkildiyini açıqlamışdı.
Vasif