Zelenski NATO-nun yeni Baş katibini TƏBRİK ETDİ

Ukrayna lideri Volodimir Zelenski Hollandiyanın Baş naziri və NATO-nun gələcək Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Sfera.az xəbər verir ki bu barədə o, Telegram kanalında məlumat verib.
Zelenski Kiyevi dəstəklədiyinə görə Rutte və Hollandiya hökumətinə təşəkkür edib, həmçinin onu Şimali Atlantika Alyansında rəhbər vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O qeyd edib ki, Ukrayna hakimiyyəti NATO-nun Baş katibi kimi Rutte ilə əlaqəni davam etdirəcək.
Xatırladaq ki, iyunun 26-da NATO səfirləri Hollandiyanın Baş naziri Mark Rutteni yeni baş katib kimi təsdiqləyiblər . Rutte Yens Stoltenberqi əvəz edəcək. Mətbuat xidmətindən bildiriblər ki, o, 2024-cü il oktyabrın 2-dən öz səlahiyyətlərinin icrasına başlayacaq.
Stoltenberq varisi Mark Rutteni güclü lider və “əsl transatlantik” kimi xarakterizə edib, onun Şimali Atlantika Alyansına başçı seçilməsini səmimiyyətlə alqışladığını söyləyib.
Əzizə