Rusiya satanizmdən qorxur – Bu fəaliyyət qadağan edilə bilər

Dövlət Duması Rusiyada satanizmi qadağan etmək və hərəkatı ekstremist kimi tanımaq istəyir.
Sfera.az “Kommersant” qəzetinə istinadən yazır ki, bu məsələ vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklərin problemləri komitəsinin iclasında müzakirə olunub.
Nəşrin məlumatına görə, müzakirə iştirakçıları “ölüm qrupları”ndan tutmuş uşaqsızlığa qədər geniş spektrli anlayışları satanizm adlandırıblar. Komitənin sədri Olqa Timofeyeva bildirib ki, bu məsələdə sərt mövqe ortaya qoyulmalıdır. Onun fikrincə, terrorçu, ekstremist, dağıdıcı ideologiyanı təbliğ edən bütün təşkilatlar qadağan edilməlidir.
O.Timofeyeva deyib ki, bu cür təşkilatlar üçün gənclərin beynini tamamilə dəyişmək üçün cəmi iki-üç il vaxt lazım gəlir. Müzakirələr zamanı Ailə Problemləri, Analığın və Uşağın Mühafizəsi üzrə Patriarxal Komissiyanın sədri, keşiş Fyodor Lukyanov satanizmlə LGBT hərəkatı arasında paralellik aparıb. Onun fikrincə, Rusiya LGBT hərəkatı qadağan edilibsə, satanizm də qadağan olunmalıdır:
“Rusiyada LGBT hərəkatı qadağan (Rusiyada LGBT hərəkatı ekstremizm kimi tanındığından qadağan olunub – red.) edilib. Satanizmin bir çox əlamətləri LGBT hərəkatından fərqlənmir. Belə olan halda niyə LGBT qadağan edildiyi halda satanizm qadağan edilməsin?”
Vasif