Avropa elektrik istehsalında qaz və kömürdən asılılığı azaldır – RƏQƏMLƏR

Avropa elektrik istehsalında qaz və kömürdən asılılığı azaldır – RƏQƏMLƏR

Avropa ölkələrinin elektrik enerjisi istehsalında qaz və daş kömürün payı minimuma düşüb.

 

Sfera.az xəbər verir ki, Avropanın enerji sektorunu təmsil edən və elektrik enerjisinin istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində fəaliyyət göstərən 3500-dən çox təşkilatı birləşdirən “Eurelectric” şirkəti ilin birinci yarısında Avropa İttifaqının elektrik enerjisi istehsalına dair məlumatları dərc edib.

 

Həmin məlumatda qeyd edilir ki, indiyə qədər ən son illərdə yaşıl enerjisi istehsalı Avropa İttifaqı ölkələrində genişlənib. Bunun sayəsində təmiz mənbələrdən elektrik enerjisi istehsalı Avropada rekord həddə çatıb.

 

2024-cü ilin birinci yarısında Avropa İttifaqında istehsal olunan elektrik enerjisinin 74 faizi bərpa olunan və aşağı karbonlu enerji mənbələri hesabına təmin edilib. Bu dövrdə günəş və külək kimi bərpa olunan mənbələr Avropada bütün elektrik enerjisi istehsalının 50 faizindən çoxunu təşkil edib. Nüvə enerjisindən elektrik enerjisi istehsalının payı 24 faizə çatıb. Elektrik enerjisinin istehsalında təbii qazın payı isə təxminən 13 faiz, kömürün payı 9 faiz olub. Avropa İttifaqında elektrik enerjisi istehsalında bərpa olunan və aşağı karbonlu enerji mənbələrinin payı 2023-cü ildə 68 faiz təşkil edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR