Aeroport yolunda zəncirvari qəza baş verdi, yaralılar var -FOTO

Hadisə
01:00 / 02.07.2024
3006
Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.
Yol qəzası zamanı 6 avtomobil toqquşub.İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.