Nebenzya: "Tramp Rusiya-Ukrayna müharibəsini bir gecədə həll edə bilməz"

Dünya
22:50 / 01.07.2024
3182
Rusiyanın BMT -dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Ukraynadakı münaqişə ABŞ-nin keçmiş prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, bir gecədə həll edilə bilməz.
Sfera.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.
"Ukrayna böhranı bir gündə həll edilə bilməz",- o qeyd edib.
Tramp bundan əvvəl dəfələrlə bəyan edib ki, yenidən seçiləndən sonra 24 saat ərzində Rusiya və Ukrayna arasında münaqişənin həllinə nail olmaq niyyətindədir.
Bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq üçün səsləndirdiyi şərtləri qəbuledilməz hesab etdiyini bildirib.
İnci