Tramp: "Demokratiya qələbə çaldı"

Tramp: "Demokratiya qələbə çaldı"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların Ali Məhkəməsinin onun hüquqi təqibdən qismən toxunulmazlığa malik olması barədə qərarını demokratiyanın qələbəsi adlandırıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə o, "Truth Social " sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

"Konstitusiyamız və demokratiyamız üçün böyük qələbədir",- Tramp deyib.

 

Bundan əvvəl ABŞ Ali Məhkəməsi Trampın hüquqi təqibdən qismən toxunulmazlığına malik olduğuna dair qərar çıxarmışdı.

 

Tramp öz səlahiyyətləri daxilindəki bütün hərəkətlərə görə təqib olunmaqdan ehtimal olunan toxunulmazlığa malikdir.

 

Aprelin 25-də ABŞ Ali Məhkəməsi “Donald Tramp ABŞ-yə qarşı” işinə baxmağa başlayıb. Ali Məhkəmənin qərarı Trampa qarşı federal işlərə birbaşa təsir göstərir və Ağ Evin təqaüdçü rəhbərlərinə qarşı yeni məhkəmələr üçün presedent ola bilər.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Omanda ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı

Omanda ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu başa çatıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət telerad...

İrandakı partlayışda xəsarət alanların sayı DURMADAN ARTIR - VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...

Qarabağda buna 5 milyon xərclənəcək

Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin ("Ağıllı Tinglik Sahəsi", "Beynəlxalq Meşəçilik Təlim Mərkəzi" ...

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə t...

Ukrayna Rusiyanın Kurskla bağlı bəyanatını təkzib edib

Kremlin Rusiya Federasiyasının Kursk vilayətini azad etməsi ilə bağlı məlumatı reallığa uyğun gəlmir. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində əməliyyatı dav...

"Ölsəm də, sənə aliment ödəməyəcəyəm"

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovun əkizlərindən imtina etdiyini deyib.   Sfera.az xəbər verir ki, Oq...