Yeni ayın ilk günü bürclərə nə vəd edir? - ULDUZ FALI
Yeni ayın ilk gününün bürclərə vədi var.
Sfera.az astroloqlara istinadən həmin vədləri təqdim edir:
Qoç - Evinizdə əmin-amanlığı təmin etmək üçün bəzi məsələlərdə sahibkarlığınızı ön plana çıxarmalısınız. Ailənizin xoşbəxtliyi üçün çox şeyə nail olmaq istəyirsiniz. Birlikdə olduğunuz insanlarla vaxt keçirməyə çalışın.
Buğa - Səmimiyyətə önəm versəniz də, bəzən sizə heç yaraşmayan bir şəxsiyyət nümayiş etdirirsiniz. Bu baxımdan gizli qalmağa da üstünlük verirsiniz. Bu gün isə risk alaraq istedadınızı üzə çıxaracaqsınız.
Əkizlər - Münasibətinizdə şəxsiyyətinizi ortaya qoyan davranışları mənimsədiyiniz üçün sevdiyiniz insandan qarşılıq ala bilərsiniz. Onun həssas təbiətinə görə bəzi hərəkətlərinizi məhdudlaşdırmalı olacaqsınız.
Xərçəng - Ailənizlə bağlı emosional paylaşımlar olacaq. Ailə üzvləri arasında birgə işlər ön plana çıxacaq. Əsəbləriniz artıq tarıma çəkilib.
Şir - Gördüyünüz bütün işlər üçün özünüzə kifayət qədər vaxt ayırır və bu istiqamətdə araşdırmalarınızı genişləndirirsiniz. Rasional yanaşmalarınız bir çox insana ziyan vura bilər. Hadisələrə başqa məntiqlə yanaşdığınız üçün başa düşülmürsünüz.
Qız - Özünüzü yaxşı hiss etmək üçün ətrafınızdakıların dəstəyinə ehtiyacınız olacaq. Bu gün ünsiyyət məsələlərində çox həssassınız.
Tərəzi - Maliyyə məsələlərinə müvəqqəti istəklərlə yaşamaq istəmirsiniz. Etibar etdiyiniz biri ilə işləmək sizi rahat hiss etdirir. Qazancınızı daha da artırmaq fikrindəsiniz. İşinizin səmərəliliyi artır.
Əqrəb - Dəyişiklikləri yaşamaq üçün ən münasib günlərdən biridir. Həll edilməsi çətin olan bir çox hadisələri radikal bir qərarla yekunlaşdıra bilərsiniz. Bəzən gözləmək kömək edir.
Oxatan - Ailənizdə və evinizdə Saturn planeti geriyə doğru gedir. Bu gün əməkdaşlıq etdiyiniz dostlarınızla mütəşəkkil işlərlə məşğul olacaqsınız və birlikdə gördüyünüz qrup işindən daha çox qazanacaqsınız.
Oğlaq - Mars sizə müsbət təsir edir. Bu, iş mühitinizdə, karyeranızda sizə kömək edəcək insanlarla müsbət əlaqələr qurmağınıza imkan verəcək. Potensial gücünüzü sərf etmək istəmirsiniz, gözləməyə və hədəflərinizi təyin etməyə üstünlük verirsiniz.
Dolça - Bu gün partnyorunuzla münasibətlərinizə fərqli prizmadan baxa bilərsiniz. Həm özünüzü, həm də onu sorğu-sual etməklə vaxt itirirsiniz. İşlər istədiyiniz kimi getməyəndə darıxırsınız.
Balıqlar - Etmək istədiyiniz çox şey var. Bu baxımdan nə edəcəyinizi sistemli şəkildə planlaşdırmalı, tələsməməli və çox əylənməlisiniz.
Türkan