Magistraturaya qəbul nəticələri bu tarixdə AÇIQLANACAQ - RƏSMİ

Təhsil
13:44 / 01.07.2024
3979
2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən ixtisaslaşma seçimi başa çatıb.
Bəs magistraturanın ixtisas seçiminin nəticələri neçə gün ərzində açıqlanacaq?
Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, cavabların 3 iyul tarixinə qədər açıqlanması nəzərdə tutulur.
“Nəticələr seçim başa çatandan 3 gün sonra elan olunur”, - DİM-dən bildirilib.
Nəticələr elan olunduqdan sonra isə 5-15 iyul aralığı elektron qaydada qeydiyyatın aparılması gözlənilir
Qeyd edək ki, hazırda 15796 plan yeri uğrunda 15660 nəfər (Azərbaycan bölməsi - 14381 ; rus bölməsi - 1278) mübarizə aparır.
Firuzə Əliyeva