BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya KEÇDİ - Nələr müzakirə olunacaq?

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya KEÇDİ - Nələr müzakirə olunacaq?

İyulun 1-dən bir ay müddətinə Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının sədri olacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

 

Materialda qeyd olunub ki, Yaxın Şərqdə münaqişənin həlli, yeni qlobal “təhlükəsizlik tənliyi”, o cümlədən BMT ilə regional təşkilatlar – MDB, KTMT və ŞƏT arasında əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Təhlükəsizlik Şurasına sədrlik hər ay bir ölkədən digərinə keçirilir. İyun ayında Cənubi Koreya Təhlükəsizlik Şurasına sədrlik edib.

 

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə,  Rusiya sədrliyi zamanı üç əsas tədbir planlaşdırıb. Beləliklə, iyulun 16-da daha demokratik, ədalətli və davamlı dünya nizamı üçün çoxtərəfli əməkdaşlığa dair açıq debat planlaşdırılır. İyulun 17-də isə Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı açıq müzakirələr olacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR