Toyda faciəvi şəkildə vəfat edən hərbçimizin FOTOSU

Toyda faciəvi şəkildə vəfat edən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Goranboyda 40 yaşlı Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətov dünyasını dəyişib. 

 

Sfera.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.

 

Belə ki, 1984-cü il təvəllüdlü Pərviz Şərbətovun vəziyyəti toy məclisində qəfil pisləşib və vəfat edib. 

 

Bildirilib ki, Pərviz Şərbətov kapitandır. O, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Onun ölüm səbəbinin ürəktutmadan olduğu bildirilib. 

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR