İstifadəçi sayına görə sosial şəbəkələrin REYTİNQİ - SİYAHI
Dünyada ümumi əhalinin 62 faizi sosial mediadan istifadə edir.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
Bildirilib ki, Facebook, aylıq 3 milyarddan çox aktiv istifadəçisi ilə dünyanın ən çox istifadəçisi olan sosial media platforması kimi lider mövqeyini qoruyub saxlayıb.
“Instagram” və “WhatsApp” aylıq 2 milyard istifadəçi ilə siyahıda 3-cü yer tutub. Siyahıda ikinci yerdə Google-a məxsus onlayn video paylaşma platforması olan YouTube qərarlaşıb. YouTube-dan dünyada 2,5 milyard insan istifadə edir. İlon Maska məxsus X (keçmiş Twitter) platforması 611 milyon istifadəçi ilə 12-ci yerdədir.
Siyahıda TikTok 5-ci yerdə, WeChat 1,3 milyard istifadəçi ilə 6-cı yerdə, Douyin 755 milyon istifadəçi ilə 10-cu yerdə, Kuaishou 700 milyon istifadəçi ilə 11-ci yerdə, Weibo 600 milyon istifadəçi ilə 13-cü yerdədir.
Asya