Biləsuvarda yük maşını yanıb, yol bağlanıb FOTO

Hadisə
23:22 / 30.06.2024
12711
Ələt-Astara avtomobil yolunda yanğın olub.
Sfera.az report.az-a istinadən xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, yük ilə dolu "Tır" yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.
Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.