Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçiriləcəkdir. 

 

Sfera.az xəbər verir ki, Bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunur. 

 

Tədbir ekoloji nəqliyyat vasitələrinin təbliği və onların üstünlüklərinin nümayişi məqsədini daşıyır.

 

Ekoloji nəqliyyat vasitələrinin əhəmiyyətini vurğulamaq və cəmiyyətə onların üstünlüklərini çatdırmaq üçün böyük bir imkan yaradacaq Festival Ağ Şəhərdə başlayacaqdır. Orada planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənəcəkdir. 

 

Festivalın məqsədi elektrik avtomobil həvəskarlarını, eləcə də elektrik maşınları ilə bağlı tərəddüd edən insanları bir araya gətirmək, ekoloji təmiz mühitdə yaşamaq üçün elektrik avtomobillərinin əhəmiyyətini göstərməkdir.

 

Qeyd edək ki, Elektrik avtomobilləri sıfır emissiya ilə işləyərək karbon dioksid (CO2) və digər zərərli qazların atmosferə buraxılmasının qarşısını alır.

 

Bu, iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olmaqla yanaşı, hava keyfiyyətini artıraraq insanların sağlamlığına xidmət edir.

 

Festivalda iştirak edərək dünyamız və ətraf mühit üçün faydalı bir tədbirin parçası olmaq istəyən elektrik avtomobillərinin sahibləri iyulun 5-dək Azərbaycan Avtomobil Federasiyasının [email protected] elektron ünvanı və ya +994502950100 mobil nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

 

Həm ekologiya, həm də mədəniyyət sahəsində böyük əhəmiyyət kəsb edən Festivalda musiqili proqram təqdim olunacaq və müxtəlif nominasiyalarda qaliblər təltif ediləcəkdirlər.

 



 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...