Qaxda faciəvi yol qəzası - Ailənin 4 üzvü ÖLDÜ - FOTO - YENİLƏNDİ - 4

Qaxda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, daha ikisi xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır.
Qəza zamanı onların 2 azyaşlı övladı xəsarət alıb. Hadisə onlar Qaxdan yaşadıqları Cəfərabad kəndində qayıdan zaman baş verib.
Faktla bağlı cinayət işi başlanılıb.
***
23: 04
Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Sfera.az-a bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.
Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
22:58
Qaxda ağır yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.
Sfera.az xəbər verir ki, qəza zamanı "Ford"la toqquşan "VAZ-21015"də olan digər sərnişin də xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Daha iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
21:50
Qaxda ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.
Sfera.az-ın report-a istinadən məlumatına görə, qəza zamanı "Ford"la toqquşan "VAZ-21015"də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
***
20:50
Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az-ın report-a istinadən məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.