İran Livana hücum edəcəyi təqdirdə İsraili məhv edəcəyi ilə HƏDƏLƏYİR

İran Livana hücum edəcəyi təqdirdə İsraili məhv edəcəyi ilə HƏDƏLƏYİR

İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başa çatdıqdan sonra Hizbullah yaraqlılarının yerləşdiyi Livanın yeni döyüş meydanına çevrilə biləcəyini istisna etməyib. Buna cavab olaraq İran yəhudi dövlətinin Livana hücum etmək qərarına gələrsə, İsraili məhv edəcəyi ilə hədələyib. Bu barədə İranın BMT-dəki diplomatik nümayəndəliyi “X” şəbəkəsində məlumat yayıb.


Sfera.az xəbər verir ki, Amerika kəşfiyyatı belə bir müharibənin yaxın həftələrdə başlaya biləcəyini ehtimal edir. Eyni zamanda Avropa mənbələri də yaxın günlərdə belə bir variantı istisna etmir.


Amerika kəşfiyyatının məlumatına görə, İsrail tərəfi və HƏMAS Qəzzada atəşkəslə bağlı razılığa gələ bilməsələr, yaxın bir neçə həftə ərzində dövlətlər arasında genişmiqyaslı münaqişə başlaya bilər.

 

Avropa mənbələri də yaxın günlərdə silahlı qarşıdurmanın başlanacağını istisna etmir.

 

“Razılaşma gərgin danışıqlar mərhələsindədir. ABŞ rəsmiləri İsrail və HƏMAS-ın razılaşacağına əmin deyillər”- məlumatda qeyd edilir.

 

Bölgədə mümkün kritik eskalasiya bir sıra ölkələrin hökumətlərinin öz vətəndaşlarını Livana səfərdən çəkinməyə və ya bu ölkəni tərk etməyə çağırması ilə də sübut olunur. Onların arasında Kanada, Küveyt, Almaniya, Hollandiya, Səudiyyə Ərəbistanı, Şimali Makedoniya, Rusiya, ABŞ, İrlandiya, İordaniya və Avstraliya var.


Bu arada İsrailin müdafiə naziri Yoav Qalant vurğulayıb ki, İsrail hökuməti Livanda yerləşən Hizbullah terror qruplaşması ilə münaqişənin diplomatik həllini tapmağa üstünlük verir. Eyni zamanda o, əlavə edib ki, İsrail qüvvələri “Livanı daş dövrünə qaytarmağa” (yerlə yeksan etməyə) qadirdir.

 

"Biz müharibəyə qarışmaq istəmirik, çünki bu, İsrail üçün faydalı deyil. Livanı daş dövrünə qaytarmaq imkanımız var, lakin bunu etmək istəmirik"- deyə Qalant Vaşinqtonda çıxışı zamanı bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR