Könül Kərimova DANIŞDI - "Doğma bildiklərindən elə zərbə alırsan ki..."

Maqazin
19:29 / 29.06.2024
5634
Əməkdar artist Könül Kərimova göz yaşlarını saxlaya bilməyib.
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, "Zaurla Günaydın" verilişinə gələn müğənninin son günlər depressiyada olması diqqətdən qaçmayıb. Aparıcı Zaur Baxşəliyevin "Son günlər kefin yoxdur. Bikefsən. Səbəbi var? Amma öhdəsindən gələcəksən" sözləri Kərimovanı kövrəldib.
İfaçı "Həyat insanı çox dəyişir. İllər keçdikcə doğma bildiklərindən elə zərbə alırsan ki, insana pis təsir edir. Hər zaman qarşındakını tanımaq və ehtiyatlı olmaq lazımdır. Düşünmə ki, bu, mənə etməz. Elə edər ki... Çox yorğunam, istirahətə gedəcəyəm" sözlərini əlavə edib.