“500 nəfər DTX-dən qovulub”
Cəmiyyət
13:20 / 12.12.2016
842
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar son 1 ildə 500 nəfərdən artıq əməkdaş Dövlət Təhlükəsizliyi Xidmətində xidmətdən xaric olunub
Sfera.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
Onun sözlərinə görə, cinayət işi ilə bağlı 20-dən artıq şəxs saxlanılıb: "Bu da təbii prosesdir. Bu, xidmətdə təmizləmə prosesləridir".