Məktəblilərimiz olimpiadada gümüş və bürünc medal qazandılar

Məktəblilərimiz olimpiadada gümüş və bürünc medal qazandılar

23-28 iyun tarixlərində Çexiyanın Brno şəhərində Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib.


 
Sfera.az xəbər verir ki, ölkəmiz sözügedən olimpiadada uğurla təmsil olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal qazanıb.


 
Qeyd edək ki, CEOI ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından birinə çevrilib. Müsabiqədə Avstriya, Xorvatiya, Çexiya, Almaniya, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveçrədən olan komandalar iştirak edir.


 
Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI) Mərkəzi Avropa ölkələrindən olan orta məktəb şagirdləri üçün illik proqramlaşdırma müsabiqəsidir. Müsabiqə iştirakçıların alqoritmik məsələlərin həlli, proqramlaşdırma bacarıqlarını yoxlayır.


 
2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.


 
Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal qazanıblar.

 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...