Ağsu çayının sahilində kişi meyiti TAPILDI

Hadisə
21:46 / 28.06.2024
2945
Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb.
Sfera.az xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Mustafayev Fərhad Səməd oğluna məxsus olduğu müəyyən edilib.
Onun ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur. Cəsəd aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.