Ceyms O’Braynın Azərbaycana və Ermənistana səfərinin məqsədi nədir? - AÇIQLAMA

Ceyms O’Braynın Azərbaycana və Ermənistana səfərinin məqsədi nədir? - AÇIQLAMA

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edib. O, bundan əvvəl Ermənistanda da olub.

 

ABŞ rəsmisinin səfərinin pərdəarxasında nələr var?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçilik etməyə çalışır.

 

Ekspertin sözlərinə görə, ABŞ hərbi eskalasiyada maraqlı deyil və iki ölkənin tezliklə sülh əldə edilməsində səylərini artırır:

 

“Ceyms O’Braynın Azərbaycanda aparacağı danışıqlar əsasən, Ermənistanla sülh danışıqlarının detalları və tezləşdirilməsi, həmçinin Zəngəzur dəhlizinin açılması perspektivləri istiqamətində olacaq. Azərbaycan Fransanı neytrallaşdırmaq üçün ABŞ ilə ikitərəfli əlaqələri möhkəmləndirməlidir. Fransadan fərqli olaraq, ABŞ real sülhdə maraqlıdır və Zəngəzur dəhlizinin açılmasının labüdlüyünü qəbul edib. Əvvəllər Vaşinqton bu dəhlizə qarşı idi”.

 

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Vaşinqton Mərkəzi Asiyadan Avropaya uzanan Orta dəhlizdən Çini və Rusiyanı kənarlaşdırmaq niyyətindədir:

 

“ABŞ-nin planı bəllidir. O’Brayn da Bakıya son müzakirələri aparmaq üçün gəlir və iyulun 15-də Vaşinqtonda keçiriləcək NATO sammitində Azərbaycan və Ermənistanın da dəvət ediləcəyi, birbaşa təmaslarda razılaşmaların əldə edilməsinə çalışacaqları istisna edilməməlidir. Burada əsas həlledici məqam kommunikasiyanın hansı məntiqlə açılması olacaq. Ermənistan Naxçıvana “maneəsiz keçid” verməkdən imtina edir. Mərkəzi Asiya-Avropa marşrutuna Ermənistanı qoşmaq istəyən ABŞ də “yol məntiqi”nin tərəfdarıdır. Lakin Bakının Naxçıvana çıxışda “Azərbaycandan Azərbaycana prinsipi” ilə bağlı istəyi qəbul edilməyəcəyi təqdirdə, bunun reallaşması çətin görünür”.

 

Ekspert əlavə edib ki, O’Braynın İrəvan və Bakı səfərlərində Naxçıvana çıxışın bu prinsiplər əsasında açılmasının da müzakirə olunması mümkündür:

 

“Yaxud Azərbaycandan Naxçıvana gedən yolun beynəlxalq nəzarət altında olması kimi variantlar da ola bilər. Bütün hallarda Azərbaycan Naxçıvana “maneəsiz keçid” əldə etməlidir. Əks təqdirdə, Bakının razı olmayacağı aydın görünür. Bu məsələdə Ankara da Bakı ilə eyni gündəlikdən çıxış edir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...