Azyaşlı hesab edilərək övladlığa götürülən 22 yaşlı Natalia Qreysin qəribə HEKAYƏSİ

2009-cu ildə çəkilmiş "Evdəki Yetim" filmi əslində real hadisələr əsasında lentə alınmışdır.
Sfera.az bu qəribə hekayəni təqdim edir.
Natalia Qreys 26 aprel 2010-cu ildə Amerikalı Maykl və Kristine Barnett tərəfindən övladlığa götürülən ukraynalı yetimdir. Maykl və Kristine Barnett çox sonralar Nataliya Qreysin əslində uşaq olmadığını, uşaq kimi maskalanmış cırtdanlığı olan yetkin bir qadın olduğunu öyrəniblər. Qeyd edək ki, Barnettlərin Natalyadan başqa üç bioloji övladı var idi.
Natalya evə gələn kimi dərhal ailəyə uyğunlaşmağa, evdə dinc və sağlam günlər keçirməyə başlayıb. Sonradan evin balaca uşağının bədənində qançırlar görməyə başlayan ailə əvvəlcə bu məsələyə diqqət yetirməyib. Çünki onlar bunu adi bir həmyaşıd davası hesab edirdilər, amma vəziyyət onların düşündüklərindən qat-qat pis idi. Natalya kiçik uşağa işgəncə verirmiş. O, özünü ailəyə o qədər yaxşı təqdim edib ki, planları bir müddət ara vermədən belə davam edib. Onun əsl planı evin uşaqları və valideynlərini aradan götürmək olub. Amma işlər gözlənildiyi kimi yolunda getməyib…
Bir gün o, ailənin içkilərinə ağardıcı məhlul (xlor) tökərkən tutulub və belə demək mümkünsə, ailənin radarına düşüb. Onlar qızı izləməyə başlayıblar. Nataliyanın dişləri və sümük quruluşu əvvəllər heç vaxt müayinə olunmamışdı. Sonradan anladılar ki, qızın yetkin insandakı sayda dişləri var. Nataliya Barnettləri və ətrafındakıları səhvləri bir-bir üzə çıxana qədər illərlə aldada bilib. Nataliya “sedc” kimi tanınan spondiloepifiz displazi konjenita adlı cırtdanlıq xəstəliyi ilə doğulub. Hadisələr daha dəhşətli həddə çatmazdan əvvəl ailə qızı bir mənzilə bağlayaraq, Kanadaya qaçıblar.
Qızı 3 il mənzildə qoyduqları üçün hadisə məhkəməyə verilib. Qız sümük testindən keçəcəkdi. İndi hər şey gün işığı kimi aydın idi. Test nəticəsində məlum olub ki, Natalya 22 yaşlı sosiopatdır. Ailəyə qarşı bütün ittihamlar ləğv edilib, lakin qızı geri alan başqa bir ailə ortaya çıxdı. Əslində, həmin ortaya çıxan qadın Nataliyanın bioloji anası olduğunu bildirib.
Bu hadisə sənədli filmlərə və filmlərə mövzu olmağa layiq idi. Hətta Nataliya Qreysin maraqlı işi adlı platformada 6 seriyalı sənədli film də çəkilib. Maraqlananlar baxa bilərlər.
Bəs necə olub ki, qızın yaşını başa düşməyiblər?
Amerikalı cütlük Ukraynadan uşaq övladlığa götürür. Bildirilir ki, övladlığa götürülən zaman uşağın 6 yaşı olub. Bir müddət sonra uşağın yaşından əmin olmayan ailə həkimə müraciət edib və 2010-cu ildə onun 8 yaşında ola biləcəyi və cırtdanlıq səbəbindən kiçik göründüyü müəyyən edilib. 2012-ci ildə aparılan sınaqda onun 11 yaşında ola biləcəyi müəyyənləşib. Daha sonra psixoloji problemlər, ananı zəhərləməyə çalışması və digər uşaqlara hədə-qorxu gəlməsi səbəbindən psixoloji klinikaya yerləşdirilir. 2014-cü ildə buradan ayrılan ailə bir illik kirayə haqqını qabaqcadan ödəyərək uşaq üçün ev kirayələyir və başqa şəhərə köçür. Bir müddət sonra tək yaşayan uşaq polisə zəng edərək ailəsinin onu tərk etdiyini bildirir. 5 illik araşdırma nəticəsində səlahiyyətlilər qadını uşağını atmaqda günahkar bilib və həbs cəzasına məhkum edib. Qadın sosial şəbəkədə qızın uşaq olmadığını, 22 yaşında olduğunu izah edib.
Ancaq uşağın təxminən 14 yaşı var idi və 2014-cü ildə tərk edildiyi zaman sümük xəstəliyi var idi. Özünə baxa bilmirdi. Öz ailəsi də yəqin ki, 14 yaşlı cırtdan qıza qulluq etmək istəmədiyi üçün onu atıb. Daha sonra məsələ ictimailəşəndə Amerikalı ailə məsələləri şişirtməklə gündəmdə qalmaq və cəzadan qurtulmağa çalışmaq istəyiblər.
Aynil