Rusiya 10 min miqrantı müharibəyə göndərdi – RƏSMİ

Rusiya vətəndaşlığı alan 10 minə yaxın miqrant Ukraynadakı hərbi əməliyyatın iştirakçısı olub.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda (SPBILF) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, vətəndaşlıq alan daha 20 min miqrant isə hərbi qeydiyyatdan keçmək istəmədiyindən saxlanılıb:
“Bir il əvvəl mən bölmələrimizə miqrantlarla işləmək üçün yerli qruplar yaratmağı tapşırdım. Biz digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə reydlərdə fəal iştirak edirik. Vətəndaşlıq qəbul etmiş, lakin qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insanı yaxalamışıq, onları qeydiyyata almışıq və onların 10 minə yaxını artıq xüsusi hərbi əməliyyat zonasına göndərilib”.
Vasif