Dövlət bankları tərəfindən verilən kreditlər ARTDI – RƏQƏMLƏR

Dövlət bankları tərəfindən verilən kreditlər ARTDI – RƏQƏMLƏR

Azərbaycanda dövlət bankları tərəfindən verilən kreditlərin payının artması müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, son bir ildə dövlət bankları tərəfindən ayrılan kreditlərin həcmi 52,5 faiz artaraq 6,45 milyard manata yüksəlib. On iki ay ərzində dövlət bankları kredit qoyuluşunu 2,22 milyard manat artırıb.

 

Banklar tərəfindən verilən ümumi kreditlərlə müqayisədən görünür ki, son bir ildə dövlət bankları özəl banklarla müqayisədə kreditlərin həcmini daha çox artırıb.

 

2023-cü ilin iyunun 1-nə olan məlumata əsasən, banklar 20,56 milyard manat kredit ayırmışdı. Bu qədər kreditin 16,33 milyard manatını özəl banklar, 4,23 milyard manatını dövlət bankları vermişdi.

 

2024-cü ilin iyunun 1-də bankların kredit qoyuluşu 25,2 milyard manata yüksəlib və bunun 18,71 milyard manatını özəl banklar, 6,45 milyard manatını dövlət bankları ayırıb.

 

Müqayisədən görünür ki, bankların kredit qoyuluşunda dövlət banklarının payı 20,57 faizdən 25,6 faizə yüksəlib. Bu artım onu deməyə əsas verir ki, dövlət bankları kredit qoyuluşunu daha böyük həcmdə artırıb.

 

Son bir ildə dövlət banklarının kredit qoyuluşunun daha sürətlə artmasının səbəblərindən biri özəl banklardan birinin bağlanmasıdır.

 

Hazırda Azərbaycanda 23 bank var və onların ikisi dövlət bankıdır. Bir il əvvəl isə bankların sayı 24 idi. Özəl banklardan birinin bağlanmasına baxmayaraq dövlət banklarının payının bu qədər sürətlə artması həm də onların kredit qoyuluşunun artırması ilə bağlıdır.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Aysel Şükürovanın keçmiş əri övladlarından İMTİNA ETDİ

Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.   Sfera.az xəbər verir ki, bu barədə Aysel özünün "Instag...

"Eşref Rüya" izləyicilərinin DİQQƏTİNƏ

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Eşref Rüya" serialının 5-ci bölümündən etibarən yutub platformasında yayımlanmayacağı bildirilmişdi.  ...

Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə sənətçinin xanımı Anaxanım Mirəliyeva Moderator.az-a a...

Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - VİDEO

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına ...

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...