Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI

Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI

"Dövlət qulluqçularının orta aylıq əmək haqqı ötən il əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb". 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.


“Bununla belə, ötən il ölkə üzrə orta aylıq nominal əməkhaqqı 11,2 faiz yüksəlib. Statistik müqayisə göstərir ki, dövlət qulluqçularının maaşlarındakı artım ölkə üzrə orta aylıq əməkhaqqı artmından aşağı olub. Yəni Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əmək haqları ilə müqayisədə 2.9 faiz bənd daha çox yüksəlib.

 

Dövlət qulluqçularının maaşlarındakı artımın ölkə üzrə orta aylıq artım səviyyəsindən geri qalmasının səbəbləri nədir?


Rəsmi statistikaya görə, ötən il 1 milyon 741 min nəfər əmək müaviləsi ilə çalışıb. Onlardan 899 min nəfər dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı isə ötən il 12,1 min nəfər artıb. Yəni artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub”.


Deputat qeyd edib ki, gizli məşğulluğun leqallaşdırılması da əməkhaqqı fərqlərinə təsir göstərib:


“Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayının artması məşğulluğun ağardılması ilə də birbaşa bağlıdır. Bu sahədəki islahatlar ölkə üzrə ümumi rəsmi əməkhaqqı fondunu artırıb. Nəticədə, ölkə üzrə nominal əməkhaqqı dövlət qulluqçularının maaşlarına nisbətən daha çox artıb”.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Aysel Şükürovanın keçmiş əri övladlarından İMTİNA ETDİ

Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.   Sfera.az xəbər verir ki, bu barədə Aysel özünün "Instag...

"Eşref Rüya" izləyicilərinin DİQQƏTİNƏ

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Eşref Rüya" serialının 5-ci bölümündən etibarən yutub platformasında yayımlanmayacağı bildirilmişdi.  ...

Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə sənətçinin xanımı Anaxanım Mirəliyeva Moderator.az-a a...

Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - VİDEO

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına ...

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...