“Baku ID” innovasiya festivalı BAŞLADI - Nazirlər də İŞTİRAK EDİR + FOTOLAR

SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı keçirilir.
Sfera.az xəbər verir ki, builki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Şahmar Mövsümov, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov, Baki Ali Neft Məktəbinin (BANM) rektoru , Elmar Qasımov və digər qonaqlar iştirak edir.
Firuzə Əliyeva
Foto:Anar Bayramlı