Bakıda gənc faciəvi şəkildə ÖLDÜRÜLDÜ - YENİLƏNDİ

Bakıda gənc faciəvi şəkildə ÖLDÜRÜLDÜ - YENİLƏNDİ

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

 

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

 

***
 

21:37

 

Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib.

 

Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

 

DİN-in Mətbuat Xudmətindən “Report”a bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR