Gəncədə BIÇAQLANMA - ÖLƏN VƏ YARALILAR VAR

Gəncədə BIÇAQLANMA - ÖLƏN VƏ YARALILAR VAR

Gəncədə törədilən qətlin təfərrüatları məlum olub.


Sfera.az-ın məlumata görə, qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Hüseynova hadisəni törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü M.Quliyevlə qeyri-rəsmi münasibətdə olub. 

 

M.Quliyev, həmçinin 1999-cu il təvəllüdlü A.Ağalarovun bıçaqlamaqda da şübhəli bilinir.

 

Şübhəli daha sonra özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, ağır halda xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Digər yaralı isə şəhərin digər xəstəxanasına çatdırılıb. 

 

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

***
 

19:45
 

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlət çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsicid-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

 

Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


 

***

 

19:27

 

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.


Sfera.az-ın report-a istinadən məlumatına görə, şəhər sakini, 1959-cu il təvəllüdlü M.Quliyev, 1999-cu il təvəllüdlü A.Ağalarov və 1979-cu il təvəllüdlü İ.Hüseynova bıçaqlanıb.

 

İ.Hüseynova dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdirilib.

 

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....

Bakının daha bir küçəsi bağlanır

Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti ta...

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...