Bakının əsas yolları bağlandı

Bakının əsas yolları bağlandı

 

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı Fəxri xiyabana gələn vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın bır sıra küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu gün səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. 

Həmçinin, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

M.Ağayev bildirib ki, sürücülərdən və avtomobil sahiblərindən xahiş edilir ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin, mənzil başına çatmaq üçün sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur. 

Ulu öndərin məzarını ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadə etməyə üstünlük vermələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Dostunun evində spirtli içki qəbul edən şəxs HƏYATINI İTİRDİ

Bakıda daha bir şəxs spirtli içkidən vəfat edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən...

Bu həftə bürcləri nə gözləyir? - Pul, romantika və...

Bu həftə astroloji baxımdan maraqlı və enerjili olacaq.    Sfera.az 24 fevral - 2 mart arası bürcləri gözləyən yenilikləri sizlərə təqdim edir:...

AFFA “Turan Tovuz”a xəbərdarlıq etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, komitə “Turan Tovuz”la bağlı qərarını açıqlayıb.   ...

Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib

Atatürk Mədəniyyət, Dil, Tarix Yüksək Qurumu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Mahmud Kaşqari adına Beynəlxalq Fondla birgə "Ana dili - Milli kim...

Daha 51 milyon dollar Azərbaycana qaytarıldı

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndə...

Qadınların maaşı niyə kişilərdən aşağıdır?- Ekspertdən AÇIQLAMA

Dünya Bankı Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması&quo...