Dolların məzənnəsi dəyişmədi, avro isə ucuzlaşdı
09:32 / 12.12.2016
1144
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 9-u ilə müqayisədə dəyişməyərək 1,7430 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8487 manatdan 1,8396 manatadək azalıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0275 manatdan 0,0280 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,5050 manatdan 0,4967 manatadək azalıb. Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1929 manatdan 2,1936 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə ötən günlə müqayisədə 0,6756 manatdan 0,6723 manatadək ucuzlaşıb.