Ruslar Şimali Koreyaya qatarla səfər edə biləcəklər - Tarix AÇIQLANDI

Dünya
16:10 / 26.06.2024
2684
Rusiya vətəndaşları Vladivostokdan Şimali Koreyaya qatarla səfər edə biləcək.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, iki ölkə arasında sərnişin səfərləri 2024-cü ilin iyulundan başlayacaq.
Primorsk diyarının qubernatoru Oleq Kozhemyako bildirib ki, həmin tarixdən başlayaraq ruslar Şimali Koreyaya dəmir yolu ilə müntəzəm səfərlər edə biləcək. Eyni qaydada Şimali Koreya sakinləri də Rusiyaya səfər etmək imkanı qazanacaq.
Vasif