Bakıda 17 yaşlı oğlan qətlə yetirildi - İki nəfər SAXLANILDI


Bakıda 17 yaşlı oğlan qətlə yetirildi - İki nəfər SAXLANILDI

Bakının Nəsimi rayonunda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər tutulub.

 

Bu barədə Sfera.az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, araşdırmalarla Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...