Dollar bu valyutalara qarşı UCUZLAŞACAQ - PROQNOZ

Dünyanın böyük investisiya qurumlarından bir olan “Ebury”nin iyun proqnozuna əsasən, ABŞ dolları “G-10” ölkələrinin valyutalarına nəzərən ucuzlaşacaq.
Sfera.az xəbər verir ki, “G-10” qrupuna ABŞ, Böyük Britaniya, İsveçrə, İsveç, Niderland, Yaponiya, İtaliya, Almaniya, Fransa, Kanada və Belçika daxildir. Bu ölkələrin milli valyutaları dedikdə funt-sterlinq, avro, frank, dollar (Kanada) və yen nəzərdə tutulur.
Proqnoza əsasən, İsveçrə frankı istisna olmaqla, bütün “G-10” ölkələrinin valyutalarına qarşı ABŞ dollarının bir qədər ucuzlaşacağı gözlənilir. Qurum proqnozlaşdırır ki, dollar hazırda bahadır və bu, FED-in faizləri endirmə ehtimalını artırır. Bununla yanaşı, investisiya şirkəti 2024-cü ilin sonunda prezident seçkilərinin keçirilməsinin və bununla bağlı narahatçılığın mövcud olmasının da dolların məzənnəsi üçün müəyyən risklər yaratdığını düşünür. “Ebury” prezident seçkilərinin dollar üçün daha böyük risk yaratdığı fikrindədir.
Vasif