Kadırovdan Dağıstandakı terrorla bağlı XƏBƏRDARLIQ: "Faciəvi nəticələrə..."

Dünya
12:00 / 26.06.2024
11977
Kadırov Dağıstanda baş verən terror aktları ilə bağlı bütün çeçenlərə müraciət edib.
Sfera.az bildirir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Çeçenistanın rəhbəri Ramzan Kadırov fikirlərini bu cür ifadə edib: “Hər bir çeçeni terror ideologiyasının zərərli təsirindən qorunmaq üçün xüsusilə ən yaxın qohumlarına qarşı diqqətli olmağa çağırdım. Bu məsələdə səhlənkarlıq ciddi faciəvi nəticələrə səbəb ola bilər”.
Kadırov həmçinin hüquq-mühafizə orqanlarına müraciət edərək, ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlərin gücləndirilməsini istəyib.
“Əvvəllər bir çox beynəlxalq qurumlar suveren dövlətimizi məhv etmək üçün Çeçenistan Respublikasından istifadə etmək istəyirdilər”, - Kadırov xəbərdarlıq edib.
Günay