30 il sonra ölülər diriləcək - Alimlərdən ŞOK AÇIQLAMA
00:38 / 12.12.2016
3905
ABŞ alimləri bildiriblər ki, cəmi otuz ildən sonra bəşəriyyətə ölümsüzlük bəxş edə bilərlər.
Lakin əbədi həyat yalnız çox zəngin insanlar üçün əlçatan olacaq.
Tədqiqatçılar köhnə fiziki qabığın "yeniləməsini" təklif ediblər. Alimlər insan şəxsiyyətini saxlayaraq onu bionik bədənə köçürülməsi imkanı üzərində çalışırlar.
Layihənin müəllifi Coş Bokaneqranın fikrincə, insan şəxsiyyəti və düşüncəsinin əks olunduğu beynin köçürülməsi texnologiyasını inkişaf etdirmək mümkündür. Bu texnologiyanı həyata keçirmək mümkün olarsa, ölülərin dirildilməsi reallaşacaq.
Publika.az