Bu ölkədə etirazlar başladı, fövqəladə vəziyyət elan edildi

Dünya
10:55 / 26.06.2024
8896
Keniyada hökumət əleyhinə etirazlara görə fövqəladə vəziyyət elan edilib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin müdafiə məsələləri üzrə baş katibi Aden Bare Dualan fərman imzalayıb.
Sənədə əsasən, Keniya Müdafiə Qüvvələri polisə dəstək olmaq üçün mərkəzə yerləşdirilib.
Qeyd edək ki, 18 iyunda ölkədə əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb. Etirazçılar yeniliyin iqtisadiyyata ziyan vuracağını iddia edirlər.
Firuzə Əliyeva