"Silahlı Qüvvələrimizin adı dünya hərb tarixinə qızıl hərflərlə həkk edilib" - Deputat

"Silahlı Qüvvələrimizin adı dünya hərb tarixinə qızıl hərflərlə həkk edilib" - Deputat

26 iyun şanlı zəfərlərlə zəngin, mərdlik və qəhrəmanlıq rəmzi olan igid Silahlı Qüvvələrimizin yaranma günüdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı əsasında Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə başlanan ordu quruculuğu az sonra Xalq Cümhuriyyətinin süqut etməsi ilə dayandırıldı.

 

Kreml sarayanın ordu məsələlərində azərbaycanlılarla bağlı neqativ mövqeyinə baxmayaraq 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Heydər Əliyevin müstəsna xidmətləri milli ordu quruculuğunda dönüş nöqtəsi yaratdı və o, dinamik inkişaf xarakteri aldı.

 

Təməli 19 aprel 1971-ci il Cəmşid Naxçivanski adına hərbi liseyin yaradılması ilə qoyulan müasir ordu quruculuğu Müzəffər Ali Baş Komandan İlham Əliyevin formalaşdırdığı müasir, modern və qalib ordu səviyyəsinə qaldırıldı. Müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə erməni faşizmi üzərində əldə etdiyimiz 44 günlük tarixi qələbə və bir günlük anti-terror tədbirləri Silahlı Qüvvələrimizin adını dünya hərb tarixinə qızıl hərflərlə həkk etdirdi.

 

Böyük məmnuniyyətlə, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla Silahlı Qüvvələrimizin bütün əsgər və zabitlərini Silahlı Qüvvələrin yaranması münasibətilə təbrik edir, çətin və şərəfli missiyalarında yeni-yeni zirvələr diləyirəm.

 

Fəzail Agamalı

Millət vəkili, Ana Vətən Partiyasının sədri 


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...