Assancın vəkili “WikiLeaks”in fəaliyyətini davam etdirəcəyini DEDİ

Assancın vəkili “WikiLeaks”in fəaliyyətini davam etdirəcəyini DEDİ

Culian Assanc tərəfindən qurulan “WikiLeaks” saytı fəaliyyətini davam etdirəcək.


Sfera.az xəbər verir ki, bunu Saipan adasındakı (Şimali Mariana Adaları Birliyi) ABŞ Federal Dairə Məhkəməsi Assancı artıq çəkdiyi həbs cəzasına məhkum etdikdən sonra onun vəkili Barri Pollak deyib.

 

“Wikileaks-in işi davam edəcək və mən şübhə etmirəm ki, cənab Assanc söz azadlığı və şəffaflıq üçün bir qüvvə olaraq qalacaq”, – deyə o bildirib. 

 

Qeyd edək ki, “WikiLeaks”in qurucusu Culian Assanc, azadlığını təmin etmək üçün ABŞ-la bağlanmış müqavilənin bir hissəsi kimi günahını etiraf edib. Bu barədə Associated Press məlumat yayıb.

 

O, ABŞ-ın Saipan adasında (Şimali Mariana Adaları Birliyi) Federal Dairə Məhkəməsində Amerika hərbi sirlərinin dərc edilməsinə dair vahid cinayət ittihamı üzrə dinləmə zamanı özünü təqsirli bilib.

 

Prokurorlarla razılaşma Assanca Avstraliyaya qayıtmağa və Amerika həbsxanasında həbsdən yayınmağa imkan verir.


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...