Natiq Qasımovun qardaşı: "Ali Baş Komandana təşəkkür edirəm"

Natiq Qasımovun qardaşı: "Ali Baş Komandana təşəkkür edirəm"

"Ali Baş Komandana təşəkkür edirəm".

 

Sfera.az xəbər verir ki, bunu "Report"-a Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib.

 

N.Qasımov bildirib ki, bu gün onun ad günüdür, bu xəbər həyatında aldığı ən böyük ad günü hədiyyəsidir:

 

"33 ildə Natiq Qasımovun sağ-salamat gəlməsini istəmişik. Bu illər dövlətimiz tərəfindən çox axtarışlar olub. Təssüf ki, taleyi barədə hələ də məlumatımız yoxdur. Biz həmişə onun özünün taleyi barədə məlumatı əldə edə bilməsək də, ən azı göstədiyi qəhrəmanlığın qiymətləndirilməsini gözləyirdik. Sağ olsun Ali Baş Komandanımız, cənab İlham Əliyev, istəyimizi, arzumuzu həyata keçirdi. Cənab Prezidentə təşəkkür edirəm. Şükür bu günə, Natiq Qasımovun düşmən qarşısında göstərdiyi şücaətinə görə Milli Qəhraman adı verildi”.

 

“Xalqıma da təşəkkür edirəm ki, bu gün hər kəs yanımızdadır. Hamı zəng edib təbrik edir. Düzdür, biz onun daha sağ olduğunu düşünmürük. Çünki ermənilərə elə dağ çəkib ki, onu salamat buraxdıqlarını düşünmürəm", - o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...