Litium batareya zavodu YANDI - 22 ÖLÜ

Litium batareya zavodu YANDI - 22 ÖLÜ

Cənubi Koreyada litium batareya zavodu güclü partlayışdan sonra yanıb. Yanğınsöndürmə rəsmiləri əksəriyyəti Çin vətəndaşı olan 22 işçinin həlak olduğunu bildirib. 

 

Sfera.az xəbər verir ki, Cənubi Koreyanın sənaye mərkəzi Xvasonda əsas batareya istehsalçısı “Aricell”in zavodunda yanğın və silsilə partlayışlar baş verib.
Zərərçəkənlər saniyələr ərzində ölüblər. Onların əksəriyyəti Çindən gələn işçilər olub.

 

Həlak olanlar alov nəzarətdən çıxdıqdan bir neçə saniyə sonra həddindən artıq zəhərli qazdan boğulublar. Partlayışlara nəyin səbəb olduğu bəlli deyil. İrimiqyaslı yanğın təxminən altı saat ərzində söndürülüb.

 

Ölənlər arasında on səkkiz çinli işçi, iki Cənubi Koreyalı və bir Laos vətəndaşı var. Ölən başqa bir işçinin vətəndaşlığı hələlik təsdiqlənməyib.


Yanğın ilk dəfə yerli vaxtla saat 10:31-də 35 000 akkumulyatorun olduğu anbarda bir sıra akkumulyator elementlərinin partlamasından sonra qeydə alınıb.

 

Yanğının intensivliyi xilasedicilərin ölənlərin şəxsiyyətini müəyyənləşdirməsini çətinləşdirib.

 

Hadisə yerində olan rəsmilərin sözlərinə görə, iki nəfərə ciddi yanıq xəsarətləri ilə tibbi yardım göstərilib.


Havadan çəkilmiş görüntülərdə tikilidən yüksələn nəhəng ağ tüstü buludları və partlayışlar görünür.


Yanğınsöndürmə İdarəsinin sözçüsü həlak olan əcnəbi işçilərin əksəriyyətinin binanın strukturu ilə tanış olmayan müvəqqəti işçilər olduğunu qeyd edib. O bildirib ki, tüstü və alov 15 saniyə ərzində yayılıb. Belə olan halda işçilərin bir və ya iki nəfəsdən sonra dərhal ölməsi ehtimalı var.

 

Niyə litium batareya yanğınları bu qədər təhlükəlidir?

 

Daejeon Universitetinin yanğın və fəlakətin qarşısının alınması professoru Kim Jae-honun sözlərinə görə, yanğın o qədər tez müddətdə yayılır ki, işçilərin qaçmaq üçün gözlərini açmağa belə macal tapmır. 

 

“Nikel kimi akkumulyator materialları çox tez alovlanır. Digər materialların törətdiyi yanğınlarla müqayisədə çox vaxt kifayət qədər müddət olmur".

 

Cənubi Koreya prezidenti Yoon Seok-yeol ötən gün qəza yerinə baş çəkib. 2020-ci ildə qurulan Cənubi Koreya şirkəti “Aricell” sensorlar və radio rabitə cihazları üçün ilkin litium batareyaları istehsal edir. Ən son sənədlərə görə, şirkətin 48 işçisi var.

 

“Aricell”in tənzimləyici sənədlərinə görə, şirkət Cənubi Koreya fond bazarında siyahıya alınmayıb, lakin əksər hissələr “S-Connect”ə məxsusdur.

 

Qeyd edək ki, Cənubi Koreyada elektromobillər üçün ən böyük litium-ion akkumulyator istehsalçıları, eləcə də dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Hyundai Motor” və onun törəmə şirkəti “Kia” da yerləşir.


İki il əvvəl Cənubi Koreya ölümlə nəticələnən qəzalara görə sərt qanunlar qəbul edib. Hər il ölkədə onlarla işçi iş yeri qəzalarında ölür. Yeni qanun belə iş qəzalarına görə şirkət rəhbərlərinin həbsini nəzərdə tutur. Belə sərt qanunlara baxmayaraq, ölkədə ölümlə nəticələnən qəzalar davam edir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...