Avropa İttifaqı Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başladığını ELAN ETDİ

Dünya
20:00 / 25.06.2024
2463
Ukrayna və Avropa İttifaqı Kiyevin birliyə qoşulması ilə bağlı uzunmüddətli danışıqlar prosesinə başlayıb.
Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, Kiyevin Aİ-yə daxil olması ilə bağlı danışıqların rəsmi başlanması barədə məlumat çərşənbə axşamı Brüsseldə açılan Aİ-Ukrayna hökumətlərarası konfransında elan edilib.
"Financial Times"ın yazdığına görə, Avropa rəsmiləri Kiyevdən substantiv danışıqlara yalnız 2025-ci ildə, Polşanın Aİ-də sədrliyinin başlaması ilə başlayacağını gözləyirlər.
Qeyd edək ki, Aİ-yə namizəd ölkə statusu və danışıqların başlanması Ukraynanın mütləq Aİ-yə qoşulacağı anlamına gəlmir. Məsələn, Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəddir. Danışıqlar zamanla məhdudlaşmır.
İnci